Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir

0

  •        Dövlətçilik, milli- mənəvi və ümumbəşəri dəyərlər, azərbaycançılıq ideologiyası​ və bunlar kimi xalq və millət üçün ən önəmli digər amallar Heydər Əliyev simasının düşüncələrinin önündə olmuşdur. Bu dahi şəxsiyyət Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir İstər SSRİ - nin dövründə,​ istərsə də, müasir dövrümüzdə​ ​Heydər Əliyevin hakimiyyətdə olduğu illər çox mürəkkəb bir zamana təsadüf edr. Belə bir şəraitdə iti ağlı,​ geniş zəkası, böyük siyasəti ona hər zaman kömək olmuş, çıxış yolu tapmaqda yardım etmişdir. O deyirdi: " Mən bu xalq​ üçün canımdan keçməyə hazıram . Bu xalqın gələcəyi üçün​ əlimdən gələni edəcəyəm və heç bir kəs məni bu yoldan döndərə bilməz". Və eləcə də ömrünün sonuna qədər bu amalla yaşadı. Azərbaycanın bir dövlət kimi yetişməsi, tanınması üçün Ümummilli Liderimizin etdikləri tariximizin ən parlaq səhifələridir.​ ​​ Danılmaz şərtdir ki, 1960 cı illərin sonu, 1980ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin inkişafını, həqiqətən,​ Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Heydər Əliyev SSRİ rəhbərlərindən biri olduğu dövrdə də Azərbaycan dövlətçiliyi naminə böyük işlər görmüşdür. 1990-cı ilin yanvarında Azərbaycandakı milli-azadlıq hərəkatı dövründə Heydər Əliyev Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin lideri kimi bütün ağırlığı öz üzərinə götürdü.​ ​ ​ Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gəldikdən sonra müstəqil dövlət quruculuğuna başladı. 1994-cü ilin mayında "Atəşkəs" müqaviləsi imzalandı. Ölkədəki vətəndaş müharibəsinin qarşısı alındı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. 2002-ci ildə Azərbaycan dilinin Azərbaycanın rəsmi dövlət dili elan olunması, Azərbaycanın abidələrinin UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi, "Əsrin müqaviləsi",​ "İpək Yolu", "Atəşkəs", "Bakı-Ceyhan" və s. layihələrinin həyata keçməsi birbaşa Azərbaycanın dövlətçilik ideyalarına xidmət edirdi.​​ Heydər Əliyev dərsi, onun bizə qalan vəsiyyəti qədim bədii ənənələrin qorunmasının, inkişaf etdirilməsinin, qlobal dünyaya çatdırılmasının təcəssümüdür.​​ ​ Müstəqil Azərbaycan, hər zaman dediyimiz kimi, Heydər Əliyevin şah əsəridir. Belə ki, müstəqil Azərbaycanın dünyaya göz açması çox mürəkkəb bir tarixi şəraiti əhatə edir.​​ ​ ​ Bu gün dövlətimizin və dövlətçiliyimizin inkişafının müasir dünyadakı yerinə baxsaq, demək olar ki, bunda da dahi şəxsiyyətin perspektiv planlarının rolu var. O, Azərbaycanı damla-damla yaratdı. Ona yeni can verdi, həyat verdi. Özü demişkən, ömrünün qalan hissəsini də xalqına bağışladı.​​ ​ Bu il mayın 10-da Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibəti ilə 2023-cü il "Heydər Əliyev ili" elan olunmuşdur.​ Azərbaycan üçün, onun keçmişi, gələcəyi üçün ömrünü xalqına həsr etmiş bu dahi şəxsiyyət Azərbaycan var oluqca var olacaq.​Rahilə Mehdiyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib37 dəfə
    Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir

    Maraqlı gələ bilər
    52
    29
    30